Myanmada Zəlzələ: Ölənlərin Sayı 1 700-ü Ötdü, 3 400 Nəfər Xəsarət Alıb

Myanmada Zəlzələ: Ölənlərin Sayı 1 700-ü Ötdü, 3 400 Nəfər Xəsarət Alıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Myanmada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb. Bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Məlumata görə, 3 400 nəfər xəsarət alıb və təxminən 300 insan itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada baş verən güclü zəlzələnin maqnitudası 8,2 olub. Tailand Meteorologiya İdarəsinin verdiyi məlumata görə, yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub.

Dostuna göndər xəbərdən agah olsun: