Səudiyyə Ərəbistanının Kralı Salman Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Salman Prezident İlham Əliyevi təbrik edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Azərbaycan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

Kral Salman bin Əbdüləziz Al Səud təbrikində, “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin. Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk” deyib.

Dostuna göndər xəbərdən agah olsun: