“Neftçi” və “Araz-Naxçıvan” arasında 1:1-lik heç-heçə baş tutdu

Agah.az xəbər verir ki, Misli Premyer Liqasının XXVIII turunda daha bir oyun keçirilib.
Günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.
3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib, 6-cı dəqiqədə isə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub, “Neftçi” isə 32 xalla altıncı sıradadır.
Saat 19:00-da start götürəcək görüşdə “Sabah” “Sumqayıt”ın qonağı olacaq.
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.