İlin ilk Günəş tutulması başlayıb, maksimumu saat 14:48-də olacaq

Agah.az məlumat verir ki, ilin ilk Günəş tutulması hadisəsi başlayıb.
Bu, qismən Günəş tutulmasıdır və saat 16:43:25-də sona çatacaq. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.