Martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək, yağış və duman gözlənilir

Martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişəcək, yağış və duman gözlənilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz isə 16-21 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Azərbaycanın dağlıq ərazilərində havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Dostuna göndər xəbərdən agah olsun: