Naxçıvanda Laçın rayonundan olan tələbə dəm qazından zəhərlənərək ölüb

Agah.az məlumat verir ki, Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.
Hadisə Naxçıvan şəhəri, 28 May küçəsində baş verib. Məlumata görə, Laçın rayonunun sakini, 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Toğrul Verdiyev Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.