Mağazadan Ödəniş Etməyən və Satıcıyı Hədələyən Gənc Saxlanıldı

Agah.az xəbər verir ki, Abşeron rayonu ərazisindəki mağazalardan birində 18 yaşlı gənc mağazadan aldığı geyimlərə görə ödəniş etməyib və satıcını kəsici-deşici alətlə hədələyib. Bu barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları quldurluq əməli törətməkdə şübhəli bilinən gənci – 18 yaşlı S.Həmidovu saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.