Duman Yollarda Görünüş Məsafəsini Məhdudlaşdıracaq

Agah.az məlumat verir ki, martın 29-da ölkə ərazisinin bəzi hissələrində dumanlı hava şəraiti müşahidə ediləcək. Bu, avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşmasına səbəb olacaq. Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edərək sürücülərə diqqətli olmalarını və ehtiyatla hərəkət etmələrini tövsiyə edib.