Myanmada Zəlzələ Nəticəsində Ölənlərin Sayı 1000-i Ötdü

Agah.az xəbər verir ki, Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb. Məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb. Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedərək, şəhərdəki vəziyyət barədə məlumat alıb. Ona bildirilib ki, 1002 nəfər ölüb, daha 2 min 376 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumatda qeyd edilib ki, martın 28-də baş verən güclü yeraltı təkanlar, ümumilikdə 694 nəfərin ölümünə səbəb olub. Bundan əlavə, 1 670 şəxs müxtəlif xəsarətlər alıb. Bu təkanlar bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış və inzibati binalar, o cümlədən xəstəxanalar uçub.
Eyni zamanda, zəlzələnin nəticələri ilə bağlı daha bir məlumatda bildirilib ki, əvvəlki təkanlar nəticəsində 144 nəfər həyatını itirib, 700 nəfər isə yaralanıb. Bu arada, meyitlərin əksəriyyəti 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Ehtimal edilir ki, həmin binanın çöküşü zamanı tikinti sahəsində 300-dən çox işçi olub.
Zəlzələnin ilkin mərhələsində 7.7 və 7.9 maqnitudalı iki güclü təkan qeydə alınıb. Nəticədə bəzi evlər və Saqayn ilə Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.