Ağsuda ağır yol qəzası – Xəsarət alanların vəziyyəti açıqlandı

Ağsuda ağır yol qəzası – Xəsarət alanların vəziyyəti açıqlandı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 28 mart 2025-ci il tarixində saat 14 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasına yol qəzası nəticəsində müxtəlif bədən xəsarətləri alan 7 nəfər (2 qadın, 5 kişi) hospitalizasiya olunub.

TƏBİB-in məlumatına görə, onlara zəruri tibbi yardımlar göstərilib. Xəstələrdən 5-nin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir və vəziyyətləri stabil qiymətləndirilir.

Qeyd edək ki, Ağsuda baş verən ağır yol qəzasında ümumilikdə 8 nəfər xəsarət alıb. Yaralananlar arasında Elminaz Salmanova, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov da var.

Hadisə ilə bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər: Ağsu qəza, yol-nəqliyyat hadisəsi, xəsarət alanlar, Ağsu Rayon Mərkəzi Xəstəxanası, DİN araşdırma.

Dostuna göndər xəbərdən agah olsun: