Yarım milyonluq avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozdu – ANBAAN GÖRÜNTÜLƏR

Agah.az oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə avtomobil sürücüsü əks yola çıxaraq yüksək sürətlə hərəkət edib.
Hadisə axşam saatlarında qeydə alınıb. 10-ZY-100 dövlət nömrə nişanlı, dəyəri təxminən 500 min manat olan “Range Rover” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarını riskə atıb.
Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
Açar sözlər: qayda pozuntusu, təhlükəli sürüş, lüks avtomobil, Sumqayıt-Saray yolu, yol hərəkəti qaydaları.