Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs vəfat edib

Agah.az xəbər verir ki, Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan 57 yaşlı şəxs, 13 gün sonra xəstəxanada dünyasını dəyişib.
“Report”un Qərb bürosunun məlumatına görə, martın 15-də ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev, bu gün müalicə aldığı tibb müəssisəsinin Reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.