Bakıda və Abşeron yarımadasında martın 29-da hava şəraiti dəyişkən olacaq

Agah.az xəbər verir ki, martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Həmçinin, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz isə 13-18° isti olacaq.
Atmosfer təzyiqinin 762 mm civə sütunundan 759 mm civə sütununa enməsi, nisbi rütubətin isə gecə 70-80%, gündüz 55-65% arasında olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək çaxması, dolu düşməsi və arabir duman olacağı ehtimalı mövcuddur. Qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi bildirilir.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 19-24° isti, dağlarda isə gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.