Yunanıstana qaçmağa çalışan PKK terrorçusu Ədirnədə saxlanılıb

Agah.az xəbər verir ki, Yunanıstana qaçmağa çalışan PKK terrorçusu Türkiyənin Ədirnə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Əldə edilən məlumata görə, terrorçu girişi qadağan olunmuş hərbi zonada həyata keçirilən əməliyyat zamanı tutulub. Saxlanılan şəxsin PKK ilə əlaqəsi olduğu və ölkədən qaçmaq məqsədilə hərəkət etdiyi bildirilir.
Hazırda Ədirnə ərazisində əməliyyat və axtarış tədbirləri davam etdirilir.