“Gürcüstan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi”

“Gürcüstan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili, azərbaycanlı həmkarı İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.

Məktubda qeyd olunur:

“Zati-aliləri,

Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik, möhkəm cansağlığı, ölkənizə isə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Novruz bayramı əsrlər boyu ölkələr arasında qarşılıqlı hörmət, dostluq, mehribanlıq rəmzi olmuşdur. Çoxəsrlik adət-ənənələrə və mədəni irsə malik olan Novruz xalqlar arasında qarşılıqlı hörmət əsasında qurulan əlaqələrin, sülhün və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıyır.

Mən qəti şəkildə inanıram ki, Gürcüstan ilə Azərbaycan arasında uzunmüddətli dostluq və strateji tərəfdaşlıq gələcəkdə də inkişaf edərək regional sülh və sabitliyi daha da möhkəmləndirəcək.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirir, bu əlamətdar bayram münasibətilə dost Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm.”

Dostuna göndər xəbərdən agah olsun: