“Svaneti dağlarında qar uçqunu: İspaniyalı turist həyatını itirdi”

“Svaneti dağlarında qar uçqunu: İspaniyalı turist həyatını itirdi”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İspaniyalı turist Gürcüstanın Svaneti dağlarında qar uçqunu nəticəsində həlak olub.

Gürcüstan mətbuatına istinadən verilən məlumata görə, dörd turistdən ibarət qrup bələdçi olmadan xizəklə sürüşürmüş. Onların nişanlanmış yollardan kənarda olduqları ehtimal edilir. Turistlərdən biri qar uçqununun altında qalaraq həlak olub, digər üç nəfər isə xəsarət almayıb.

Mestia bələdiyyəsinin meri Kapiton Jorjoliani faciənin dünən baş verdiyini təsdiqləyib. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Dostuna göndər xəbərdən agah olsun: