“Bakıda və Abşeron yarımadasında hava şəraiti: Dəyişkən buludlu, yağmursuz”

“Bakıda və Abşeron yarımadasında hava şəraiti: Dəyişkən buludlu, yağmursuz”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, Bakıda və Abşeron yarımadasında martın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən isə yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində duman və az çiskin müşahidə oluna bilər. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz isə 13-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz isə 60-65 % arasında olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-21° isti olacaq. Dağlarda isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz isə 8-13° isti olacağı gözlənilir.

Dostuna göndər xəbərdən agah olsun: