Kutaisi şəhərində yol qəzası nəticəsində üç nəfər həlak olub

Agah.az məlumat verir ki, Gürcüstanın Kutaisi şəhərinin çıxışında Tskaltsitela çayı üzərindəki körpüdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həlak olub.
“Mtavari arxi” telekanalının məlumatına görə, hadisə gecə saatlarında baş verib. Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkət edən avtomobil çaya düşüb və içərisindəki insanlar həlak olublar. Hadisə yerində polis və xilasetmə briqadaları işləyib.