Ölkə ərazisində 23 qumbara aşkar edilib

Agah.az məlumat verir ki, ötən gün ölkə ərazisində 23 qumbara aşkar edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, martın 26-da polis əməkdaşları paytaxt və müxtəlif rayonlarda aparılan əməliyyatlar zamanı 1 avtomat silah, 23 qumbara, 32 alışdırıcı və 2 tapança aşkar edərək götürüblər.