Martın 27-də ölkə ərazisində isti hava şəraiti gözlənilir

Agah.az xəbər verir ki, martın 27-də ölkə ərazisində 15-20 dərəcə isti hava müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşmə, şimşək çaxması və dolu düşməsi ehtimalı var. Bəzi yerlərdə arabir duman da müşahidə oluna bilər. Şərq küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 3-7° isti, gündüz 15-20° isti olacaq. Dağlarda isə gecə 0-5° şaxta, gündüz 5-10° isti gözlənilir.