Cənubi Koreyada helikopter qəzası: 18 nəfər həlak olub, böyük meşə yanğınları davam edir

Agah.az xəbər verir ki, Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi zamanı “Sikorsky S-76” helikopteri qəzaya uğrayıb.
Məlumata görə, helikopterin göyərtəsində yalnız bir pilot olub və o, qəza nəticəsində həlak olub.
Yanğınların davam etməsi nəticəsində ən azı 18 nəfər həlak olub. Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən baş nazir Han Dok Su, ölkənin cənub-şərqindəki meşə yanğınlarını tarixdə ən dəhşətli yanğınlardan biri olaraq xarakterizə edib.
Baş nazirin sözlərinə görə, təbii fəlakətə qarşı mübarizəyə 128 helikopter, 1,1 mindən çox hərbçi, 3,1 min yanğınsöndürən və 4,6 min dövlət qulluqçusu cəlb edilib.