Türkiyənin hakim partiyasının rəsmisi yol qəzasında ölüb

Agah.az xəbər verir ki, Türkiyənin AK Parti Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında həyatını itirib.
Məlumatı “TRT Haber” yayıb. Bildirilir ki, Mehmet Çongarın idarə etdiyi avtomobil Bolu istiqamətində hərəkət edərkən arxadan yük avtomobilinə (TIR) çırpılıb və nəticədə ağır yol qəzası baş verib.
Mərhumun cənazəsi Gerede Yeni Məsciddə dəfn edilib. Dəfn mərasiminə əyalət valisi, Bolu millət vəkili və digər dövlət rəsmiləri qatılıb.