Sabah hava şəraiti: Temperatur 18 dərəcəyə qədər yüksələcək

Agah.az məlumat verir ki, sabahdan, martın 26-da havanın temperaturu yüksələcək və 18 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz isə 3-8° isti olacaq.