Martın 25-də hava şəraiti: Yağıntı və qar, küləkli hava

Martın 25-də hava şəraiti: Yağıntı və qar, küləkli hava
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 25-i saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Yağıntının miqdarı aşağıdakı kimi qeydə alınıb:

  • Astarada 20 mm

  • Lənkəranda 17 mm

  • Qəbələdə 14 mm

  • Şamaxıda 12 mm

  • Şabranda 11 mm

  • İsmayıllıda 8 mm

  • Lerikdə 6 mm

  • Altıağac, Şəki və Neftçalada 4 mm

  • Oğuz, Bakı və Abşeron yarımadasında 3 mm

  • Xaçmaz və Yardımlıda 2 mm

  • Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm

Dağlıq ərazilərdə qar yağıb və yağan qarın hündürlüyü aşağıdakı kimi olub:

  • Zaqatalada (Əlibəy) 22 sm

  • Qusarda (Laza) 18 sm

  • Qubada (Qrız) 17 sm

  • Şahdağda 9 sm

  • Qaxda (Sarıbaş) 6 sm

  • Xınalıqda 4 sm

  • Xaltanda 3 sm

  • Qobustanda 2 sm

Martın 24-də şimal-qərb küləyi əsib və küləyin sürəti müxtəlif bölgələrdə güclənib:

  • Naftalanda 20 m/s

  • Mingəçevirdə 18 m/s

  • Şabran və Xaltanda 16 m/s

Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub və görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu isə aşağıdakı kimi qeydə alınıb:

  • Bakı və Abşeron yarımadasında 6°C

  • Aran rayonlarında 7°C

  • Naxçıvan MR-da 5°C

  • Dağlıq rayonlarda isə 8°C-ə qədər şaxta

Dostuna göndər xəbərdən agah olsun: