Xaçmazda oğurluq edən şəxs saxlanıldı

Xaçmazda oğurluq edən şəxs saxlanıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən N. İsgəndərov saxlanılıb.

Daxil olan məlumata görə, şübhəli şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlayıb. Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə N. İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun: