AAYDA məhkəməni uduzdu: Sürücüyə 933 manat ödəyəcək

AAYDA məhkəməni uduzdu: Sürücüyə 933 manat ödəyəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xaçmaz yolunda qəzaya səbəb olan qəzalı yolla bağlı məhkəməni uduzub və sürücüyə kompensasiya ödəməli olacaq.

Radioaparıcı və avtomobil bloqeri Elgün Xıdırovun sözlərinə görə, bir il əvvəl avtomobili Şabran rayonu ərazisində çuxura düşərək zədələnib. Hadisə barədə yol polisinə məlumat verən sürücü, AAYDA-dan avtomobilinə dəyən zərərin ödənilməsini tələb etsə də, qurum onun müraciətinə reaksiya verməyib.

Daha sonra Xıdırov Binəqədi Rayon Məhkəməsinə müraciət edib və məhkəmə onun xeyrinə qərar çıxarıb. AAYDA bu qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Qərara əsasən, qurum sürücüyə 933 manat kompensasiya ödəməlidir.

Açar sözlər: AAYDA, məhkəmə qərarı, avtomobil qəzası, qəzalı yol, sürücü hüquqları, kompensasiya, Şabran yolu.

Dostuna göndər xəbərdən agah olsun: