Türkiyənin Aydın əyalətində avtobusun aşması nəticəsində bir nəfər ölüb, 27 nəfər yaralanıb

Agah.az xəbər verir ki, Türkiyənin Aydın əyalətinin Kuyucuk rayonunda baş vermiş avtobus qəzasında bir nəfər ölüb, 27 nəfər yaralanıb. Hadisə “İsparta Petrol” turizm şirkətinə məxsus avtobusun aşması nəticəsində baş verib.
Məlumata görə, hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub. Xilasetmə və tibbi yardım işləri davam edir.