Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb

Bakıdan Zaqatalaya qonaq gedən şəxs dəm qazından boğularaq ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 24-ü səhər saatlarında Zaqatalanın Aşağı Tala kəndində faciəvi hadisə baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Məmmədov bayram tətilini doğulduğu rayonda keçirmək məqsədilə Zaqatalaya gəlib. Lakin həmin gün səhər saatlarında onun meyiti yaşadığı evin hamamında tapılıb.

Hadisə yerində aparılan müayinələr nəticəsində Sənan Məmmədovun dəm qazından boğularaq həyatını itirdiyi məlum olub. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: