Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı vətəndaşlara müraciət edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bayram günlərində avtomobillərin nizamsız park edilməsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik, Novruz və Ramazan bayramları zamanı qeyri-iş günlərində vətəndaşların avtomobillərini əsasən binaların həyətlərində və ətrafında park etdiyini bildirib.

Müşahidələrə və yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən, bəzi hallarda avtomobillər pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin yaxınlığında park edilir. Bu isə fövqəladə hadisələr zamanı, xüsusən yanğınsöndürmə və xilasetmə əməliyyatlarında ciddi maneələr yaradır. Nizamsız park edilmiş avtomobillər, iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə mane olur, həmçinin su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkün olmur.

FHN, yanğın və digər fövqəladə hadisələr zamanı avtomobillərin yalnız təyin olunmuş yerlərdə park edilməsini, bir-biri ilə ara məsafəsi saxlanılmasını və digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmasını vacib hesab edir. Bu, həm də yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşmasını və operativ əməliyyatların effektli şəkildə həyata keçirilməsini təmin edəcəkdir.

Dostuna göndər xəbərdən agah olsun: