Qaxda evdə iynə vurulan qadın şok keçirərək dünyasını dəyişdi

Agah.az xəbər verir ki, Qax rayonunda ev şəraitində iynə vurulan qadın anafilaktik şoka düşərək həyatını itirib.
Hadisə Tasmalı kəndində baş verib. 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanovaya “Seftriakson” antibiotiki inyeksiya edildikdən sonra onun səhhətində ciddi problem yaranıb. Qadın dərmanın əks təsirindən şok keçirib və vəfat edib.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
Açar sözlər: Qax, inyeksiya, dərman reaksiyası, anafilaktik şok, ölüm, tibbi fəsadlar.