Sabah güclü külək gözlənilir – Sarı xəbərdarlıq verildi

Sabah güclü külək gözlənilir – Sarı xəbərdarlıq verildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 24-də Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeronda, eləcə də Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/s olacaq. Bu səbəbdən sarı xəbərdarlıq elan edilib.

Açar sözlər: hava proqnozu, güclü külək, sarı xəbərdarlıq, Bakı, Abşeron, bölgələr, küləkli hava.

Dostuna göndər xəbərdən agah olsun: