Ukraynada atəşkəs apreldə mümkündür – ABŞ-dan yeni açıqlama

Ukraynada atəşkəs apreldə mümkündür – ABŞ-dan yeni açıqlama
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ABŞ Ukrayna ilə bağlı sazişi Pasxa bayramına qədər bağlamağı planlaşdırır.

“Bloomberg”ə istinadən yayılan məlumata görə, Vaşinqton yaxın həftələrdə atəşkəsin əldə olunacağına ümid edir. Ağ Ev 20 aprelə qədər sazişi yekunlaşdırmağa çalışır. Lakin ABŞ rəsmiləri bu tarixlərin dəyişə biləcəyini də istisna etmirlər.

Bununla yanaşı, Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın diplomatik uğur əldə etmək üçün Ukraynanın maraqlarını qurban verə biləcəyindən narahatdırlar.

Açar sözlər: Ukrayna, ABŞ, atəşkəs, Pasxa bayramı, saziş, Donald Tramp, diplomatiya.

Dostuna göndər xəbərdən agah olsun: