İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və digər bələdiyyə sədrləri vəzifələrindən

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və digər bələdiyyə sədrləri vəzifələrindən
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

“Report”un “Haber Global”a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Bu qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı məhkəmə prosesi başa çatıb və məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

Dostuna göndər xəbərdən agah olsun: