Abşeron rayonunda iki evdə yanğın baş verib, bir nəfər xəsarət alıb

Agah.az xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınaraq, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Eyni zamanda, Abşeron rayonunun Masazır kəndində də ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər də yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.