Qax rayonunda dərman iynəsi nəticəsində bir nəfər ölüb

Qax rayonunda dərman iynəsi nəticəsində bir nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Hadisə ötən gün baş verib. 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanının əks təsirindən anafilaktik şoka düşərək həyatını itirib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun: