Azərbaycanda yağışlı və küləkli hava şəraiti davam edir

Agah.az məlumat verir ki, martın 23-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış yağıb. Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda isə arabir qar yağıb.
Bəzi bölgələrdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda isə 16 m/s-dək güclənib.