Dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq

Dumanlı hava şəraiti ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, sinoptiklərin məlumatına əsasən, sabah Azərbaycanda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd edilib ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi, bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir.

Dostuna göndər xəbərdən agah olsun: