Zaqatala rayonunda yanğın nəticəsində bir nəfər ölüb

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli dördotaqlı evin 1 otağının yanar konstruksiyaları 50 kv.m sahədə, şüşə-pambıqdan ibarət dam örtüyü isə 100 kv.m sahədə yanıb. Yanğın yerinə keçirilən kəşfiyyat zamanı 1 nəfərin meyiti aşkar edilib.
Hadisə nəticəsində Zaqatalada, 1972-ci il təvəllüdlü Ömərova Arzu İbrahim qızının yaşadığı evin yanması zamanı həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.