Martın 23-də ölkə üzrə yağıntılı və küləkli hava şəraiti davam edir

Martın 23-də ölkə üzrə yağıntılı və küləkli hava şəraiti davam edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, martın 23-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yağıntının miqdarı müxtəlif bölgələrdə fərqlidir. Lənkəran və Astarada 15 mm, Cəlilabadda 8 mm, Zaqatala və Balakəndə 6 mm, digər bölgələrdə isə 5 mm-ə qədər yağış düşüb. Bakıda və Abşeron yarımadasında isə 2 mm yağıntı qeydə alınıb.

Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) qar yağıb. Şimal-qərb küləyi bir çox bölgələrdə güclənib, küləyin sürəti Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s-dək çatıb.

Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən və Zaqatalada duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək azalıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7 dərəcə, Naxçıvan MR-da isə 2 dərəcəyədək isti olub. Dağlıq rayonlarda isə temperatur 9 dərəcəyədək şaxta olub.

Dostuna göndər xəbərdən agah olsun: