İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifi təbrik etdi

Agah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycan Prezidenti Pakistan Günü münasibətilə Baş nazir Şahbaz Şərifi və Pakistan xalqını təbrik edərək ən xoş arzularını çatdırıb. Prezident İlham Əliyev, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının möhkəm əsaslar üzərində qurulduğunu və əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat, nəqliyyat, energetika, müdafiə sənayesi və digər sahələrdəki birgə fəaliyyətin əlaqələri möhkəmləndirdiyini bildirib.
Azərbaycan və Pakistan arasındakı beynəlxalq məsələlərdəki mövqelərin üst-üstə düşməsini də qeyd edən İlham Əliyev, xalqlar arasında dərin hörmət, etimad və həmrəylik üzərində qurulmuş münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
Prezident İlham Əliyev, Baş nazirin keçən ay Azərbaycana etdiyi dövlət səfərini yüksək qiymətləndirərək, bu səfər çərçivəsində əldə edilən razılaşmaların ikitərəfli əlaqələrin daha da genişlənməsinə və iqtisadi-ticari potensialın artırılmasına xidmət edəcəyini qeyd edib.