Pakistanda eyni vaxtda iki silahlı hücum, 8 nəfər həlak oldu

Pakistanda eyni vaxtda iki silahlı hücum, 8 nəfər həlak oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Pakistanda eyni vaxtda iki silahlı hücum baş verib.

Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həyatını itirib. Eyni zamanda, Nuşki şəhərində patrul avtomobilinin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həlak olub.

Pakistan Prezidenti Asif Əli Zərdari, baş verən hadisədən dərindən kədərləndiyini ifadə edərək, silahsız insanları hədəf alan terrorçulara qarşı güclü tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun: