Naxçıvanda Dönərdən Kütləvi Zəhərlənmə Hadisəsi Baş Verib

Naxçıvanda Dönərdən Kütləvi Zəhərlənmə Hadisəsi Baş Verib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Naxçıvanda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verib. Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan məlumata görə, altı nəfər (ikisi azyaşlı olmaqla) dönərdən zəhərlənib.

Hadisənin baş verdiyi yerin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən bir kafe olduğu məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə ilə bağlı araşdırmalar aparır.

Dostuna göndər xəbərdən agah olsun: