Ölkə Ərazisində Yağıntılı Hava Şəraiti Davam Edir

Agah.az xəbər verir ki, bu gün saat 17:00-a olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz bölgələrində fasilələrlə yağış yağır.
Bundan əlavə, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarında arabir qar yağması müşahidə olunur.
Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Qəbələ, Oğuz və Lerikdə isə duman yaranıb, bununla əlaqədar görünüş məsafəsi 500 metrədək məhdudlaşır.