Alatavada bitişik evlərdə yanğın – Bir nəfər xəsarət alıb

Alatavada bitişik evlərdə yanğın – Bir nəfər xəsarət alıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunun 3-cü Alatava ərazisində fərdi yaşayış evlərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının biri-birinə bitişik evlərdə baş verməsi və yayılma təhlükəsinin yüksək olması müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evin yanar konstruksiyaları, həmçinin bitişik digər evin 2-ci mərtəbəsində 20 kv.m sahə yanıb. Yanğın zamanı bir nəfər xəsarət alıb.

Açar sözlər: Bakı, Alatava, yanğın, FHN, Nəsimi rayonu, fərdi yaşayış evi, xəsarət, yanğınsöndürmə.

Dostuna göndər xəbərdən agah olsun: