Bakıda sürücünün yanlış manevri ağır qəzaya səbəb olub

Bakıda sürücünün yanlış manevri ağır qəzaya səbəb olub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 99-XO-152 dövlət nömrə nişanlı “Changan” markalı avtomobil 90-YX-271 nömrə nişanlı “BYD” markalı avtomobilin üzərinə aşıb.

İlkin məlumata görə, “Changan” markalı avtomobilin sürücüsü hərəkət zamanı dayanaraq geriyə dönməyə cəhd edib. Bu isə qəzanın qaçınılmaz olmasına səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Açar sözlər: Bakı, yol qəzası, Qaradağ rayonu, Bakı Dairəvi yol, Changan, BYD, yanlış manevr, avtomobil qəzaları.

Dostuna göndər xəbərdən agah olsun: