Bakıda maskalı şəxs lombarda silahlı basqın edib

Agah.az xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən bir lombarda quldurluq hadisəsi baş verib. Hesabatdan məlum olur ki, şəxs şəxsiyyətini gizlətmək üçün maska taxıb, odlu silaha bənzər əşya ilə obyektdə daxil olub və pul tələb edib. O, orada çalışan iki qadın işçini pulu vermədikləri təqdirdə ölümlə hədələyib.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli saxlanılıb. Hadisə obyektin təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Açar sözlər: Bakı, maskalı şəxs, lombard basqını, quldurluq, polis əməliyyatı, Savalan Balabəyli, təhlükəsizlik kameraları.