Rəcəb Tayyib Ərdoğan: “Türk dünyası yeni dünya düzənində mərkəz olacaq”

Rəcəb Tayyib Ərdoğan: “Türk dünyası yeni dünya düzənində mərkəz olacaq”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni bir səhifə açıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib. O, həmçinin bildirib ki, 2023-cü ilin fevralında baş verən zəlzələlərdən sonra qardaş Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. “Birgə səylər sayəsində bu birlik son illər daha da möhkəmlənib və bu, bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verib,” – deyə o vurğulayıb.

Türkiyə Prezidenti əlavə edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.

Dostuna göndər xəbərdən agah olsun: