Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Novruz – bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram.”

Dostuna göndər xəbərdən agah olsun: