Bakıda və Abşeron yarımadasında martın 22-də hava dəyişkən olacaq

Bakıda və Abşeron yarımadasında martın 22-də hava dəyişkən olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, martın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın tutulması, gecə və səhər saatlarında bəzi yerlərdə arabir yağıntılı olması gözlənilir. Yarımadanın bəzi hissələrində yağışın intensivləşməsi və şimşək çaxması ehtimalı var. Gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı, ayrı-ayrı ərazilərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Həmçinin, arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-11° isti olacaq, dağlarda isə gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Dostuna göndər xəbərdən agah olsun: