Novruz bayramı zamanı cinayət törətməkdə şübhəli 28 nəfər saxlanılıb

Novruz bayramı zamanı cinayət törətməkdə şübhəli 28 nəfər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Novruz bayramında cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayılan məlumata görə, Novruz bayramı zamanı ölkə ərazisində 28 cinayət hadisəsi qeydə alınıb, eyni zamanda əvvəlki dövrlərdən qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bundan əlavə, axtarışda olan 57 nəfərdən, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq müvafiq orqanlara təhvil verilib. Polis əməkdaşları narkotiklərlə əlaqəli 11 fakt və qanunsuz saxlanılan silah-sursatla bağlı 8 hadisəni də aşkar ediblər.

Dostuna göndər xəbərdən agah olsun: